Çərşənbə axşamı, 18 İyun

Rusiya rəsmisindən Kiyevə CAVAB: "Növbəti təklif kapitulyasiya barədə olacaq"

image

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın Vladimir Putin tərəfindən irəli sürülən sülh təklifinə verdiyi rədd cavabını şərh edib.

"Rusiya Prezidenti Vladimir Putinin sülh təşəbbüsünü rədd etməklə, bu cür bəyanatlarla Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisi öz vətəndaşlarını sülh üçün real şansdan məhrum etmək istəyir", - deyə Zaxarova bildirib.

Rusiya Dövlət Dumasının vitse-spikeri Petr Tolstoy isə daha sərt danışıb.

"Bu, bizim tərəfimizdən irəli sürülən sonuncu sülh təklifi idi. Növbəti təklif kapitulyasiya barədə olacaq", - deyə o qeyd edib.

Mənbə: "RİA Novosti" "Telegram"

17:32

"Rusiya Kiyevə daha bir real sülh təklifi edir".

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə deyib.

"Bu gün biz Kiyevə daha bir konkret, real sülh təklifi təqdim edirik", - deyə o bildirib.

Putinin sözlərinə görə, Rusiyanın yeni sülh təklifi münaqişənin dondurulmasını deyil, onun tam həllini nəzərdə tutur.

"Əsas məqamı vurğulayacağam. Bizim təklifimizin mahiyyəti Qərbin istədiyi kimi, itkiləri bərpa etmək, Kiyev rejimini yenidən silahlandırmaq, onu yeni hücuma hazırlamaq üçün hansısa müvəqqəti barışıq və ya atəşkəsin əldə olunması deyil. Yenə deyirəm, söhbət münaqişənin dondurulmasından deyil, onun tam olaraq başa çatmasından gedir", - deyə o, qeyd edib.

Putinin sözlərinə görə, Rusiya hesab edir ki, Ukrayna bloklardankənar və neytral status qazanmalı, ölkə ilə bağlı demilitarizasiya və denasifikasiya prosesləri həyata keçirilməlidir.

"Təkrar edirəm, bizim prinsipial mövqeyimiz belədir: Ukraynanın neytral, bloklardankənar, nüvəsiz statusu, onun demilitarizasiyası və denasifikasiyası. Üstəlik, hələ 2022-ci ildə İstanbul danışıqları zamanı hamı bu parametrlərlə razılaşdı. Orada demilitarizasiya ilə bağlı da hər şey aydın idi, hər şey təfərrüatlı şəkildə göstərilmişdi, tankların sayı, hər şey haqqında razılığa gəlmişdik", - deyə o qeyd edib.

Bundan əlavə, Qərbin bütün anti-Rusiya sanksiyaları ləğv edilməlidir.

"Təbii ki, bu, həm də Rusiyaya qarşı Qərbin bütün sanksiyalarının ləğvini nəzərdə tutur", - deyə Putin əlavə edib.

Vladimir Putin qeyd edib ki, Krım, Sevastopol, "Donetsk Xalq Respublikası" (DXR), "Luqansk Xalq Respublikası" (LXR), Zaporojye və Xerson vilayətlərinin Rusiyanın regionları kimi statusları beynəlxalq müqavilələrdə təsbit edilməlidir.

Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak Putinin təklifinə cavab verib.

"Kiyev Rusiya Prezidenti Vladimir Putinin təklif etdiyi Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planında heç bir yenilik görmədi", - deyə o, "X" hesabında bildirib.

Bununla da Podolyak Kiyevin Rusiyanın Ukraynada atəşkəslə bağlı şərtlərini ciddi şəkildə nəzərdən keçirməyəcəyinə işarə verib.

"Bunda heç bir yenilik, hansısa real sülh təklifləri və münaqişəni dayandırmaq istəyi yoxdur. Bütün bunlar tam bir yalandır. Buna görə də bir daha illüziyalardan qurtulun və Rusiyanın sağlam düşüncəni təhqir edən təkliflərini ciddi qəbul etməyi dayandırın", - deyə o, qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 39° isti olacaq

  • 17.06.2024 - 12:59
image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28